Milli Muğam Müsabiqəsinin qalibləri məlum olub

Milli Muğam Müsabiqəsinin qalibləri məlum olub
 

Milli Muğam Müsabiqəsinin qalibləri məlum olub.

Paralel.az xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.

İlk olaraq səhnəyə müsabiqənin diplomatları dəvət olunaraq mükafatlandırılıb.

Münsiflərin yekdil rəyinə əsasən, xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb.

Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.

0.094893932342529