“Kitabi Dədə Qorqud"un izahlarına  İZAHLAR - YAZI I - Həsən Əliyev

“Kitabi Dədə Qorqud
 

I YAZI 

Doğrusu Dədə Qorqudçular o qədər çoxdur ki, bəzən adama elə gəlir ki, kitabda izah olunmamış heç bir söz qalmamışdır.İzahlarla tanış olanda əsasən sanballI izahların istinad qaynaqları Rus və Avropa, bir az da Türk dilçilərinin qaynaqlarından iqtibaslar gətirilir.Bir etiraflar qənaətbəxşdir ki, izahlarda tam əminlik yoxdur.Mətnin izahında folklorun bədii üslubu gözlənilsə də, dilçilik baxımından üstünlük daha çox bədii təsvirə verilmişdir.

Əslində folklorda bədii üslub oxucunun tələblərinə uyğun gəlir.Ancaq mətndə folklor üslubu ilə bərabər dilçilik üslubunun özünə məxsus çalarları vardır. Dilçilik sahəsində elmi işlərin əksəriyyəti “KDQ” mətnindəndir. Cümlələrin qrammatik, sintaksis və s.dilçilik elementləri, hətta mətndəki toponimik adların etimologiyası, ərazinin təyin edilməsi mövzuların məğzini təşkil edir.

“KDQ”-un yaşının 1300 il təyin olunması səbəbi mətndə cüzi islami terminlərin işlənməsi əsasında belə fikir yaranmışdır.Əsərdə demək olar ki, çox az miqdarda fars mənşəli sözlər: “mərzban” (sərhəddə duran fars əsgəri), “bazarqan” (sərhəddə olan bazar tacirləri), “sistan” (farsların Sasani sülaləsinin adının oğuz ləhcəsində deyilişi) və s.Mətndə ərəb dilində islamla bağlı çox az sayda dini (teofor) terminlər vardır.

Maraqlıdır ki, bu günə qədər mətndə işlənən “məlik” sözünün mahiyyəti bütün Dədə Qorqudçulara aydın olsa da, onun mətnə daxil olma tarixi yolu dəqiqliklə izah edilməmişdir.”Məlik” sözü tam olaraq mətndəki semantikasını ərəb mənşəli söz kimi doğrultmuşdur.Oğuzların “xan” sözünün ərəbcə “malik”-“sahib” mənasındandır.

Əslində hər hansı bir dilçilik mətni öyrənilən zaman o üç elmin kəsiyində öyrənilməlidir.Mətn dilçilik, tarix və coğrafi elmlərinin qovşağında təhlil olunmalıdır.Əgər biz “KDQ”-un XVI əsrin əvvəllərində Şah İsmayıl tərəfindən yazdırılmasına tarixi baxımdan baxsaq, Azərbaycanda İslam dininin həmin dövrdə mövcudluğunun təxminən 9 əsrə yaxın bir tarixi olduğunu görərik.Ərəb xilafətinin hakim dairəsi idarəçiliklə bərabər, bərqərar olduqları ölkələrdə yerli xalqların dillərinə kifayət qədər ərəb mənşəli sözlər gətirmişlər.

Xilafət ölkənin xanlıqlar tərəfindən idarə olunduğunu bilirdi.Ərəblər bu bölgələrə əsasən özləri tərəfindən məliklər təyin edirdilər.Məliklərin idarəçiliyi Oğuzların Xaqanlıq idarə üsulunun əvəzləyicisi idi.Ərəb qaynaqlarında “Xaqan əl- Kəbir” –“ Böyük Xaqan, Karaxanlar) və “Əl Malik əl-Kəbir” – (Böyük Məliklər) tarixi qeydlərə rast gəlmək mümkündür.

Hətta bir çox tarixçilər Ərəb Xilafətinin Azərbaycanı idarə edərkən işlətdikləri “Elxanilər” –“Xanlıqlar” terminini “Elxan” şəxs adı kimi sülalə adı ilə bağlamışlar.
Bu tarixi analizdən aydın olur ki, kitab 16-cı əsrdə qələmə alınarkən “məlik” sözü artıq “xaqanlıq” sözünü əvəz etmişdir.
Araşdırmadan məlum olur ki, “KDQ” da böyük mahiyyət daşıyan “Məlik” məfhumu Oğuzların “Bayandır”- “ Xanlarxanı, Qaraxan” sözünün ərəb dilində idarəetmə mənsubluğunu bildirən termininin tərcüməsidir.”Məlik” sözü izahlarda doğru verilsə də, onun dilə daxil olma tarixi məqamı həmişə sual altında qalmışdır.

“KDQ” un mətnində çox işlənən “Gavurlar” məfhumu İslam dini ilə əlaqələndirilərək bu sözü “kafir” -yəni “İslamı qəbul etməyənlər” kimi qəbul olunur.Əslində mətndə yer alan “Gavurlar” məfhumu sasanilərin dinindən olan farslar nəzərdə tutulmuşdur.Sözün semantik cəhətdən yaranma tarixi İslam dinində yaranan neoteofrdur. Sasanilərin etiqad etdikləri atəşpərəstlik dini olan Sasanizm heç bir vəcdhlə İslam dinini ilk vaxtları onu qəbul etmək istəmirdilər.Ərəblər onların dini inanclarının “q(g)aviyan”-bütpərəstliyin nişanəsi olan inəyə sitayiş etdiklərini bilirdilər. Ərəb dilində “g” hərfi olmadığından sasani dinindən olan “gavurları” “kafirlər” adlandırmışlar. Mətnin daxilində bu termin bəzən “kafir”, bəzən də “gavur” kimi işlənmişdir.Mətnin özündə “gavurlar”ı təsvir edəndə onları “qaraçuxalı, dilləri başadüşülməyən qarğadilli, sasidinli” ( sasani dinli) kimi təqdim etmişlər.Təəssüflər olsun ki, dilçi alimlər teolinqvistikanı mənimsəmədikləri üçün bu izahı verməyə gecikmişlər.

Əslində “KDQ”-u tədqiq etmək dəryada üzmək qərarına gəlməyə bənzəyir.Onun tədqiq edən elmi işçi aramsız olaraq mətndəki sözlərin araşdırmasını aparıb, onu fonetik qaydada izahına nail olmalıdır.Bunun yolu isə gəlib teolinqvistikadan, məntiqdən, sözduyumundan, psixolinqvistikadan keçir.
Bir az fərqli araşdırmaya keçək.Əgər biz indi “KDQ”-da “BASAT DƏPƏGÖZİ ÖLDÜRDÜGİ BOY”-u Basatın adı ilə bağlı mətnin izahına diqqət versək, bu günə qədər heç bir Dədə Qorqudçu dilçi alim bu adın mənasını tapmaq haqqında bir fikir olsun belə söyləməmişdir. Çünki çətindən çətindir. Elm isə çətinlikdən keçməsə, öz yoluna işıq saça bilməz.

“Basat” adını izah edək.”Dədə Qorqud Kitabı.Ensiklopedik Lüğət”ində Basatın dilindən bilgi verilir ki, o özünü tanıdarkən bir aslan tərəfindən bəsləndiyini söyləyir.Başına gələnləri söyləyir ki, bir gün Oğuza yağı hücm etmiş, dədəsi Aruz Qoca yağıdan qaçarkən uşaq yolda düşmüş, onu bir aslan tapıb südü ilə bəsləmiş və sonradan dədəsinin eli-Oğuza qayıtmışdır.Onun güclü bir qəhrəman olduğu boyda söylənilir.
”KDQ” Dədə Qorqudun adqoyma mərasimi diqqəti çəkir.Hər bir gənc igidə toplantıda sücaətinə görə ad verilir və bu adın onlara verilməsi dolğun izah edilir.Uşağa verilən ad onun nöcavan 14-15 yaşı ərəfəsində rəsmiləşirdi.
Əgər biz “Basat” sözünü fonetik qaydada izah etməyə çalışsaq, heç bir nəticə əldə edə bilməyəcəyik.Biz mətndə adları çəkilən Barasar (Parasar), Basat adlarına sözduyumu ilə diqqət versək Basat sözünün açılmasına işıq yolu açılacaqdır.Mahmud Kaşğarinin lüğətində “bars, pars” sözləri “aslan” mənasında verilir.”Pars” sözü assimlatikdir.Sözün özü “Bars”dır.Əslində bu heyvanın adı psixonominativdir.”Bars” sözü Qədim Oğuz dilində “parçalayan” sözündən yaranmış və “bars” sözü kimi dilə daxil olmuşdur.”Aslan” sözünün əski forması “arslan” spzüdür.Sözə diqqət yetirsək “bars” sözündə “b” səsi düşmüş(eliziya) və nəticədə “ars” formasını almışdır.Sonradan sözdə gedən uzunmüddətli tarixi yolda “r-l” səs əvəzlənməsi baş vermiş, söz bəzi mənbələrdə “arslan”, bəzi vaxtlarda isə “aslan” kimi verilmişdir.Böyük Səlcuqlu hökmdarı Alp Arslanın adı da bu məxəzdəndir.Bir az dərinə getsək köhnə adlardan olan “Qarsalan” adı da bu səpgidəndir.”Q” səs artımı sonradan neologizm yaratmışdır.

“Basat” adına gəlincə bu adın da “bars” sözünün assimlatik olması görünməkdədir.Bu adın yaranma etimologiyasına vüsət verən igidin uşaqlıqda onun aslan tərəfindən bəslənməsi hekayəsinin əsasında sözduyumu, məntiq və psixolinqvistik yanaşmanın nəticəsidir.
Araşdırmadan aydın oldu ki, “Basat” adı qədim rürklərin “aslan” adlandırdıqları “bars” sözündən yaranmadır və burada fonologiya assimlatik formada özünü tam göstərir.
P.S. SÖZSÜZ.

"Paralel.az"

 

0.021883010864258