Bakı Konqres Mərkəzini kabab restoranı kimi qələmə verdi - VİDEO

Bakı Konqres Mərkəzini kabab restoranı kimi qələmə verdi - VİDEO
 

Aparıcı Bircan Bali pop ulduz Hadisenin Bakı konserti ilə bağlı yalan xəbər yayıb.

OLAY yazır ki, o, aparıcısı olduğu “Söylemezsem olmaz” proqramında müğənninin 7 mayda baş tutması planlaşdırılan Bakı Konqres Mərkəzindəki konserti haqda yanlış informasiya ötürüb.

O bildirib ki, Hadise kababxanaların birində 150 nəfərin qarşısına çıxacaq.

Məsələyə “Popbizde” səhifəsi aydınlıq gətirib. Yazılıb ki, əslində Bircanın dediyi məkan 3500 tamaşaçının yerləşə bildiyi Bakı Konqres Mərkəzidir.

0.018067836761475