"Nazir filmə baxıb güldü, dedi 27 dəqiqəsi kəsilsin"

 

"Həyat, deyəsən, gözəldir" filmi may ayında nümayiş olunacaq.

"Paralel.az" "APA"-ya istinadla xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor, Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev deyib.

O bildirib ki, filmdə gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz ediblər: "Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsildi. Nazir özü baxıb güldü, amma dedi kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim".

İdeologiyanın əhəmiyyəti barədə danışan Xalq artisti qeyd edib ki, keçmiş rəhbərlik ideologiyanın nə olduğunu bilmədiyinə görə filmin nümayişi yubanıb: "İdeologiyanın mahiyyətini bilməliyik və bu, hər kəsin qanında olmalıdır. Ona görə gənclər festival naminə ideologiyanı pozmamalıdırlar. Kino etik və estetik aləmimizi yaradır. Filmlərimizdəki bir çox cümlələr, frazalar xalqın dilinə keçir. Buna görə gələcək naminə ehtiyatlı olmaq lazımdır".

0.020764827728271