Avropanın "Yaşıl Paytaxt"ının "Qadınlar adası"......

Avropanın
 

 

Estoniya 45,3 kvadrat kilometr ərazisi ilə Avropanın ən az məskunlaşan ölkələrindən biridir. Əhalinin əksəriyyəti şəhərlərdə yaşayır, Tallin ən böyüyü və paytaxtıdır. Estoniyanın bəzi regionlarında hər kvadrat kilometrə cəmi 6,5 nəfər düşür. Estoniyanın möhtəşəm təbiəti, təmiz havası və eyni zamanda, infrastrukturun və təhlükəsizliyin mövcudluğu ölkəni bir cənnətə çevirir.

Əhalisi Ural dil ailəsinə aiddir və qonşu baltikyanı ölkələrdən fərqlənir. Estonların latviyalı və litvalılarla dil və mədəniyyət bağlılığı yoxdur. Daha çox finlərlə dost və qardaşdırlar.
Eston dili ən çətin dillərdən biri hesab olunur və bəzi mənbələrə görə çətinlik baxımından dünyada beşinci yerdədir. Eyni zamanda, dil çox musiqili və hətta sehrli səslənir. Bu dildə dünyada təxminən 1,1 milyon insan danışır. Eston dilində çoxlu heyrətamiz sözlər var: məsələn, jäääär – buz kənarı

Ümumdünya Səhiyyə Təşkilatı Estoniyanı Finlandiya və İslandiya ilə birlikdə dünyada ən təmiz havası olan ölkələr sırasına daxil edib. Ölkə ərazisinin yarıdan çoxu meşələrlə örtülüdür ki, bu da Estoniyanı dünyanın ən yaşıl ölkələrindən birinə çevirir. 2023-cü ildə Tallin Avropanın "Yaşıl Paytaxtı" adını alıb.

Estoniyada təhsil səviyyəsi çox yüksək səviyyədədir. Son bir neçə il ərzində Estoniya hətta məktəb təhsili sahəsində uzun müddət lider olan Finlandiyanı da qabaqlamağı bacarıb. Yeri gəlmişkən, ölkədə savadlılıq 100 faizdir.

Estoniyada rəqəmsal texnologiyalar sürətlə inkişaf edir. 2005-ci ildə ölkə dünyada ilk dəfə olaraq onlayn səsvermə tətbiq etdi. Bütün vergiləri onlayn ödəmək, şəxsiyyət vəsiqəsi ilə sənədləri imzalamaq, hətta virtual vətəndaşlıq almaq mümkündür. 4G isə ölkənin hər yerində, hətta sıx meşədə belə işləyir.

Estoniya adambaşına düşən startapların sayına görə Avropada liderlik edir. Estoniyanın belə uğurlu texnologiya şirkətlərinə misal olaraq Pipedrive, Wise və Bolt-u göstərmək olar.

Skype Estoniyada estoniyalılar tərəfindən icad edilsə də, şirkət hazırda isveçlilərə məxsusdur.

Bu gün Estoniyadan dəyəri bir milyard dollardan çox olan yeddi texnologiya şirkəti var.

Estoniyada "ərlərə minmək" kimi qəribə idman növləri yayılıb. Ənənə Finlandiyada yaransa da, estoniyalı cütlüklər 1998-ci ildən 2008-ci ilə qədər 11 il ardıcıl olaraq Beynəlxalq "Arvad Daşıma Çempionatının" qalibi olublar.

Tallin şəhərində bütün nəqliyyat növləri pulsuzdur. Bu qərar paytaxta köçmək istəyən bir çox insanı cəlb etdi və bu da sonradan şəhərin çiçəklənməsinə töhfə verdi.

Ölkə hamar bir düzənlikdir, onun ən yüksək zirvəsi dəniz səviyyəsindən 318 metrdir.

Estoniya dünyada dinin ən az yayıldığı ölkələrindən biridir, əhalinin yalnız 16%-i dinin onların həyatında hər hansı bir əhəmiyyətli yer tutduğuna inanır. Eyni zamanda onlar ağacların ruhunun olduğuna inanır, ona görə də ağacları qucaqlamaq və ondan güc almaq ənənəsi var. Estonlar deyir ki, ağacları qucaqlayandan sonra insana qəribə bir enerji yayılır. Hörmətli oxucular siz də sınaya bilərsiniz.

Estoniyada 1521 ada var. Turistlərin gedə biləcəyi ən maraqlı yerlərdən biri də "qadınlar adası" adlandırılan "Kihnu" adasıdır. Adanı kişilər tərk ediblər və idarə etmə qadınlara aid olub. Lakin Kihnunun unikallığı ondan ibarətdir ki, adanın sakinləri bu günə qədər eston tikmə ənənələrini qoruyub saxlayıblar və milli geyim geyinirlər.

Estoniyada Wi-fi hər yerdə mövcuddur - hava və su kimi. Estonlar bunun ölkənin hər yerində olmasını özlərinin konstitusion hüququ hesab edirlər və ona görə də başqa ölkələrə gedəndə çox təəccüblənirlər ki, orada belə deyil.

Araşdırmalara görə, Estoniyalı kişilər və qadınlar yer üzündə ən uzun boylu isanlarından biridir.
İlham Cəmiloğlu

Paralel.az

0.077896118164062