Çoxlu pul üçün təhlükəsizlik kəməri taxmadı, faciə ilə sonlandı

Çoxlu pul üçün təhlükəsizlik kəməri taxmadı, faciə ilə sonlandı
 

21:23:20Çinin Anhoy əyalətində qadın akrobat nümayiş zamanı yüksəklikdən yerə çırpılaraq ölüb.

Paralel.az “Haber Global”a istinadla xəbər verir ki, Zhang adlı kişi akrobat Sunu ayaqları ilə tuta bilmədiyi üçün o 10 metr hündürlükdən yerə yıxılıb. 

Hadisədən sonra xəstəxanaya aparılan Sunu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Zhang və Sun evlidir və iki övladı var. 

Akrobatlar daha çox pul qazanmaq üçün şou zamanı təhlükəsizlik kəmərindən istifadə etməyiblər.

 

0.02400803565979