Abid Qafarovun qazilərdən ibarət müdafiə komitəsi Ali Məhkəmə sədrinə müraciət edib

Abid Qafarovun qazilərdən ibarət müdafiə komitəsi Ali Məhkəmə sədrinə müraciət edib
 

Abid Qafarovun qazilərdən ibarət müdafiə komitəsi Ali Məhkəmə sədrinə müraciət edib

Ali Məhkəmənin sədri, Məhkəmə - Hüquq Şurasının üzvü İnam Kərimova

Hörmətli sədr!

Sizə Məhkəmə - Hüquq Şurasının üzvü kimi müraciət etməkdə amacımız , müdafiəçisi olduğumuz, qıraqdan məhkəməyə sifarişlə 1 illik qanunsuz həbs cəzasına məhkum edilmiş hüquq müdafiəçisi, ictimai xadim, yazıçı, jurnalist , Bakı Birlik Təşkilatının sədri Abid Qafarovun müvəqqəti olaraq, işə apellyasiya  instansiyasında yenidən baxılmasınakimi,  azadlığa buraxılmasına yardımçı olmağınızı diləməkdir.

Abid Qafarov heç bir qanuni əsas olmadan, konkret şəxsə yönəlməməsi, ümumi xarakterli olması bir yana, ümumiyyətlə təhqir – böhtan sayılmayan “müti” sözünə görə Yasamal məhkəməsinin  (h. Rauf Daşdəmirov) 13.07.2022 tarixlisifarişli hökmü ilə 1 illik həbs cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da sifarişlə bu hökmü qüvvədə saxlayıb. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanun – Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” qanun məhkəmənin kənardan sifariş gözləməsini , məhkəməyə kənar müdaxiləni qadağan etsə də, həm birinci instansiya,  həm də apellyasiya instansiyası məhkəməsi qəbul etdikləri qərarları əsaslandırmaq əvəzinə, qeyri – prosessual sifarişə boyun əyib , heç bir suçu olmayan, “cinayəti” Qarabağ qazilərinə müti olmamağı, canlarına qıymamağı tövsiyə etmək olan dörd körpə uşaq atasını Cinayət Məcəlləsinin təhqirlə bağlı maddəsinin sanksiyasında nəzərdə tutulan ən yüksək həddində cəzalandırmaq sifarişini yerinə yetiriblər. Bu, açıq-aşkar hüququn cəzalandırılmasıdır, haqq deyən dilin kəsilməsidir.

Yaxşı ki, Ali Məhkəmə aşağı instansiyanın qərarını 16.02.2023-cü ildə ləğv edib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. İki ay keçib, hələ də işə yenidən baxılmayıb. Artıq Abid Qafarovun haqsız cəzasının çəkilməmiş hissəsi üç aydan da azdır. Doqquz ay yetərincə müddətdir ki, “müti” sözünün heç bir kitabda təhqir kimi yozulmadığına əmin olasan, sözə görə həbsə atılmanın yolverilməzliyinə razılaşasan və ... “islah olunasan” !

Sizdən Ali Məhkəmənin sədri, Məhkəmə - Hüquq Şurasının üzvü kimi səlahiyyətlərinizdən yararlanmağı, Abid Qafarovun, Bakı Apellyasiya Məhkəməsi yenidən işə baxana kimi,  həbsdən azad edilməsinə yardımçı olmağınızı diləyirik.

Hörmətlə :

Məğrur Bədəlsoy,  1-ci dərəcəli Qarabağ əlili, Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin sədri

0.021996974945068