Birinci vitse-prezidentə müracət: Zakir Fərəcov sahibkarların pulunu vermir - ŞİKAYƏT

Birinci vitse-prezidentə müracət: Zakir Fərəcov sahibkarların pulunu vermir - ŞİKAYƏT
 

Sumqayıtda şəhərin bir çox hissəsinin tikintisini həyata keçirən sahibkar və fəhlələr ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Tikinti işlərini başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər.

Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə Birinci Viste-Prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.

Müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir.

“Hörmətli Mehriban xanım!

Bütün dünya Sizi qayğıkeş, problemi olan insanlara kömək edən, prinsipial bir şəxsiyyət kimi tanıyır. Sizdən xahiş edirik ki, bizim problemimizin həllinə kömək edin.

Biz sahibkar və fəhlələr Sumqayıtda hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışmışıq. Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xeyli müddətdir ki, bizə 3 milyona yaxın olan borcunu qaytarmır və bundan imtina edir. Halbuki dövlət tərəfindən Sumqayıtın abadlaşdırılması üçün dəfələrlə pul ayrılıb.

Sahibkarlar öz müraciətlərində qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 3 milyon manata yaxın olan borcu bir şərtlə qaytara biləcəyini dedi ki, siz mənə borcun tam ödənilməsinə dair razılıq məktubu verin.

Biz bu məktubu nəyə görə verəcəyimizi soruşduqda, icra başçısı biıdirdi ki, Prezident Administrasiyasından ona təzyiqlər var. Aramızda olan anlaşmaya görə, cari ilin fevral ayının 24-25-i icra başçısı borcu ödəməli idi. Lakin bizim etibarımızdan istifadə edərək, pulu ödəməkdən boyun qaçırdı. Dəfələrlə zəng etməyimizdən sonra həmin puldan cəmi 30 min manat ödədi.

Həmin 30 min manatı da iki dəfəyə göndərib. Yəni 15 min manatını icra hakimiyyətinin rəsmisi Gündüz Əliyev tərəfindən, 15 min manatını isə icra başçısı jurnalist dostu vasitəsi ilə çatdırıb. Qalan məbləğ isə icra başçısı tərəfindən bu günə qədər ödənilmir. Hər gün min bəhanə uyduran Zakir Fərəcov, borcunu ödəməməkdən boyun qaçırır.

Biz sahibkarların icra başçısı ilə arasında olan zəmanət məktubu tam etibarsız sayılır və pulumuzu tələb edirik. İcra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başlayıb. İcra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması, Prezidentin etimadından sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.

Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.

Hörmətli Mehriban xanım!

Siz həmişə haqqın-ədalətin yanında olmusunuz, hüququ tapdalananların hüququnu qorumusunuz.

Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə göstəriş verəsiniz”.

İmzalar:

Hümmət Qasımov

MirHüseyn Məmmədov

Şükür Mirzəyev

İsrayıl İsayev

İbrahim Məmmədov

İslam Əliyev

Vüqar Abbaszadə

Vüsal Qədirov

Murad Nəsibov

Taleh Seyidov

Zamiq Qasımov

Şahin Cəfərov

Fərman Məmmədov

Elnur Həsənov

Mirİbrahim Məmmədov

Saatxan Həmidov

İmran Şirinov

Çingiz Mansurov

Əkbər Abbasov

Mənbə: Azərbaycanreallığı.az

0.026526927947998