"Dövlətdən qorxmursunuzsa, heç olmasa, Allahdan qorxun!" - PROFESSOR AAK SƏDRİNİ HAQQA DƏVƏT EDİR...

 

"Famil müəllim, ayılın! Qanunları ayaqlar altına atıb dövlət maraqlarını dostbazlığa, yerlibazlığa qurban etməyin"!

Paralel.az bildirir ki, bunu öz facebook səhifəsində Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevə  müraciətində tanınmış alim, professor İdris Abbasov qeyd edib.

Professor facebookda müraciətinə davam edərək qeyd edir: "Qanun bütün Azərbaycan vətəndaşlarına eyni dərəcədə şamildir. Sanmayın ki, ölkənin zəif salınması hesabına yığdığınız var-dövlət, milyonlar millətə vurduğunuz ziyana görə, sizi məsuliyyətdən xilas edəcək! Əsla! Sonadək belə bir presedent yoxdur!
Bahalı maşınlarda, eyş-işrət içində laübal həyat sürən gül övladınızı unutmadığınız kimi, Vətən üçün canını qurban vermiş minlərlə şəhid balalarımızı, ağır iqtisadi şəraitdə yaşamasına rəğmən, Vətən üçün şəhid böyüdən, sizlərin varlanması ucbatından adi gün çörəyinə möhtac, kasıb ailələri də yadınızdan çıxarmayın!
Bəlkə bu xatırlamalarla haqqa gəlib qanunu qanlı pullarda boğmaqdan çəkinəsiniz!
Ölkə rəhbərindən, dövlət qanunlarından və nəhayət, xalqın qınağından qorxmursunuzsa, heç olmasa, Allahdan qorxun!"- deyə, tanınmış professor AAK sədrini haqqa dəvət edir.

Məsələ ilə bağlı Paralel.az qarşı tərəfi də dinləməyə hazırdır...

Paralel.az

0.021580934524536