Ağcaqanad İbrahim Qədirin həyatını alt-üst edib

Ağcaqanad İbrahim Qədirin həyatını alt-üst edib
 

Türkiyənin Antalya şəhərində ağcaqanad dişləməsi 51 yaşlı İbrahim Qədirin həyatını alt-üst edib.

Otellərin birində mühafizəçi işləyən Qədiri ağcaqanad dişləyib.

İlk başlarda dişlək yerində əmələ gələn sadə qızartı sonradan get-gedə böyüyüb və yayılıb. Müayinələr nəticəsində bəlli olub ki, Qədir “fil ayağı” adlı xəstəliyə yoluxub. Onun ayaqları normadan artıq şişib və hazırda gəzə bilmir.

Bildirilib ki, həkimlər hələ də onun müalicəsini tapa bilməyiblər.

Qeyd edək ki, sözügedən xəstəlik nadir xəstəliklər kateqoriyasına daxildir.

0.0330810546875