"Paralel.az" xəbər verir ki, 18 aprel saat 12:00-dan 13:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Lerik rayonunun Zövnə kəndində baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.