İcra Hakimiyyətinin rəhbər şəxsinin ölkədən çıxışına qadağa qoyuldu?

İcra Hakimiyyətinin rəhbər şəxsinin ölkədən çıxışına qadağa qoyuldu?
 

Əsədov İlkin Fazil oğlunun ölkədən çıxışına qadağa qoyulub.

Paralel.az ”ın məlumatına görə, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi İ. Əsədov ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdır.

Qeyd edək ki, dövrü mətbuatda İ. Əsədovun Abşeron Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olduğu qeyd olunur.

Məsələni dəqiqləşdirmək üçün İcra Hakimiyyəti nümayəndəsinin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

0.021469116210938