Telefonunuzu hər yerdə şarj etməyin - XƏBƏRDARLIQ

Telefonunuzu hər yerdə şarj etməyin - XƏBƏRDARLIQ
 

Federal Təhqiqatlar Bürosu (FTB) smartfon istifadəçilərini pulsuz ictimai şarj stansiyalarına qarşı xəbərdar edib.

"Paralel.az" xəbər verir ki, bu USB portlarının cihazlara zərərli proqramları yerləşdirmək üçün istifadə edildiyi bildirilib.

FTB, xakerlərin telefon, planşet və ya kompüterlərə daxil olmağa imkan verən proqramlardan istifadə etdiyini də qeyd edib.

Həmçinin, bütün hesablar üçün eyni paroldan istifadə etməmək, sms və e-poçtlarda bilinməyən linklərə keçid etməmək, ictimaiyyətə açıq Wi-Fi nöqtələrində şübhəli sənədləri açmamaq barədə xəbərdarlıq edilib.

0.019423961639404