“Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Kürdəmirdə - FOTO

“Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Kürdəmirdə - FOTO
 

 

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

"Paralel.az" xəbər verir ki, aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb.

Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub.

Aksiyaya qatılan digər 3 sakin isə SOCAR "Azəriqaz" İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.

Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.

0.015321969985962