Bakıda həbsdə olan şəxsin evindən tapança götürülüb

Bakıda həbsdə olan şəxsin evindən tapança götürülüb
 

Bakıda həbsdə olan şəxsin evindən odlu silah götürülüb.

Paralel.az xəbər verir ki, polis və Ədliyyə Nazirliyinin İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə tutulan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibovun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oradan “TT CCT” markalı tapança aşkar olunaraq götürülüb

0.017462015151978