Azərbaycanda yeni jurnalist təşkilatı (AJT) yarandı
Azərbaycan media cameəsindən yeni xəbər var - Azad Jurnalistlər Təşkilati (AJT) təsis edildi!
Ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı, çağdaş mediamızın müxtəlif sferalarında mövcud olan bir sıra problemlər yeni təşkilatın yaranmasını zərurətə çevirdi.
Bu haqda Yenixeber.org İnformasiya Portalının rəhbəri İlqar Salmanov FB səhifəsində yazıb:
"Azərbaycanda jurnalistika, media ilə bağlılığı yetərli sayda təşkilatlar var. Təəssüf ki, qarışılığında ölkə jurnalistlərinin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları, eləcə də çağdaş mediamızın müxtəlif sferalarındakı problemlərin həlli istiqamətində hiss olunacaq addımlar müşahidə olunmur.
Jurnalistlər arasında peşə həmrəyliyi və problemlərin mövcudluğu yeni təşkilatın yaradılması üçün əsas oldu.
Azad Jurnalistlər Təşkilatı (AJT) da məhz bu zərurətdən doğdu...
Yeni təşkilat 7 təcrübəli media mənsubları tərəfindən təsis olunub:
Tapdıq Abbas (“Paralel” Media Qrupu), Rövşən Kəbirli (“Müxalifət” qəzeti), Kamran Məhərrəmli ("Nuh” İnformasiya Portalı), İlqar Salmanov (“Yenixeber.org” İnformasiya Portalı), Şirin Cəfəri ("Gündemxeber.az” İnformasiya Portalı), Habil Tağıyev (“Dəryaz” qəzeti), Akif Nəsirli (“Paralel” qəzeti).
Təşkilatən məqsədi müstəqil jurnalistlərin peşə fəaliyyəti ilə bağlı problemləri, ölkə mediasının inkişafını araşdırmaq və ictiamiləşdirməklə yanaşı, bu problemlərin həlli istiqamətində aidiyyatı dövlət strukturlarına təkliflər paketi təqdim etmək, müvafiq layihələr gerçəkləşdirməkdir.
Jurnalistlər arasında həmrəyliyə nail olmaq da, hədəflərimiz sırasındadır".
Psralel.az