İrəvan bu səhvin bədəlini ödəyəcək - Aleksey Çepa

İrəvan bu səhvin bədəlini ödəyəcək - Aleksey Çepa
 

İrəvan “ciddi səhvə” yol verdi və bunun mənfi siaysi nəticələri olacaq.

“Paralel.az” xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Qovorit Москва”ya müsahibəsində deyib.
“Əlbəttə, mənfi reaksiya verəcəyik. Ermənistanın mövqeyi isə bizim üçün çox üzücüdür. Təəssüf ki, bunun ciddi səhv olduğunu başa düşürük. Və bunun müəyyən siyasi nəticələri olacaq”, - rusiyalı deputat qeyd edib.

Rusiyalı deputat onu da bildirib ki, Ermənistanın NATO-ya daxil olmaq şansı azdır. 
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının əsas məqsədi Rusiya sərhədi yaxınlığında münaqişəli vəziyyət yaratmaqdır. “Bu məqsədlə də NATO erməni kartından istifadə etməyə çalışır.  Ermənistanın indiki rəhbərliyi isə bu təxribatlara gedir”.

0.036641120910645