"Real Madrid" fransalı futbolçuya 1 milyard avro qiymət qoyacaq

 

İspaniya "Real Madrid"i futbolçusu Eduardu Kamavinqaya uzunmüddətli müqavilə təklif edəcək.

Paralel.az "Report"un məlumatına əsasən xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, fransalının maaşı ilə yanaşı, sərbəst qalma məbləği də artırılacaq. İddiaya görə, bu rəqəm 1 milyard avro olacaq. Sözləşmənin cari mövsümünü sonunadək yenilənəcəyi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı oyunçunun "kral klubu" ilə hazırkı müqaviləsinin müttədi 2027-ci ilin iyununda başa çatacaq.

0.085235834121704