İcra başçısının qardaşı işdən azad edildi - YENİ TƏYİNAT

İcra başçısının qardaşı işdən azad edildi - YENİ TƏYİNAT
 

“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.

"Paralel.az" xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib. 

O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.  

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib. 

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.

0.085074901580811