ABONENTLƏRİN NƏZƏRİNƏ!!! 8 apreldə... - FOTO

ABONENTLƏRİN NƏZƏRİNƏ!!! 8 apreldə... - FOTO
 

ABONENTLƏRİN NƏZƏRİNƏ!!! 8 apreldə qaz təchizatı ilə bağlı problemlə üzləşən abonentlər bu ünvanlara müraciət edə bilərlər.

“Aprelin 8-də SOCAR “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə zəng etmək mümkün olmayacaq. Profilaktik işlərdən irəli gələn 1 sutkalıq fasilə ərzində abonentlərdən xahiş edirik ki, bu nömrələrə zəng etməsinlər”.

"Paralel.az" xəbər verir ki, bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib. Şöbə rəisi abonentlərin qaz təchizatında üzləşdiyi problemləri qurumun rəsmi saytı olan azeriqaz.az-a daxil olmaqla və ya (077) 3 104 104 “Whatsapp” nömrəsinə yazmaqla həllinə nail ola biləcəklərini vurğulayıb.

Tədbirdə çıxış edən Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev isə ilin ilk rübü ərzində daxil olan müraciətlərin sayını açıqlayıb. Qurum rəsmisi Şikayətlərin araşdırılması şöbəsinə 3 ay ərzində 3442 müraciətin daxil olduğunu bildirib. Şöbə rəisinin sözlərinə görə bu rəqəm ötən ilin analoji dövri ilə müqayisədə azlıq təşkil edir.

0.023744106292725