Fəzail İbrahimli: “İran Azərbaycanın uğurlarından ciddi təşvişə düşüb”

 Fəzail İbrahimli: “İran Azərbaycanın uğurlarından ciddi təşvişə düşüb”
 

“İranın Azərbaycana qarşı münasibəti artıq göz qabağındandır. Uzun müddət bu maskalanmış bir formada  müsəlman  qardaşlığı, dini həmrəylik adı altında həyata keçirirdi.  Amma buna baxmayaraq hamı İranın ölkəmizə qarşı münasibətindəki qeyri-səmimiliyini bilirdi. Ermənistanın Azərbaycana işğalçılıq siyasəti davam etdiyi 1993-cü ildə Türkiyənin bu ölkəyə sərəhədlərini bağlayanda  çox çətin duruma düşdü. Ermənistanın həmin çətin dövrlərdə xilaskarı İran oldu və bu hər kəsə bəlli idi”.

 Bunu “Paralel.az”a açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, İran ölkəmizə qarşı yürütdüyü qeyri-səmimi münasibətini qələbə ilə nəticələnən 44 günlük  Vətən savaşından sonra çılpaqcasına ortaya qoymuş oldu.  “İran Azərbaycanın uğurlarından ciddi təşvişə düşdü. Azərbaycanın qələbəsini həzm edə bilməyən İran nəhayətində  qəti şəkildə 30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin Azərbaycanla quru əlaqəsini yaratmasını nəzərdə tutan  Zəngəzur dəhlizinin açılmasa qarşı çıxdı. Bunu  hətta özünün “qırmızı xətti”  bəyan etdi”,- deyə İbrahimli  bildirib.

Vitse-spiker əlavə edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib, sürətli bərpa-quruculuq  işlərini gözügötürməyən İran Azərbaycana qarşı səfirliyimizə qarşı terror hücumu tutmuşdan, sərhəd boyunca ən müxtəlif təzyiq xarakterli hərbi şoular  təşkil etdi: “Bunlar hamısı  aydındır.

Amma martin 5-də İran parlamentinin  Azərbaycanın İsraildə səfirlik açılmasında narahatlıq keçirərək verdiyi bəyanat  növbəti bir təzyiq formasıdır.  İran tərəfi Azərbaycana qarşı münasibətini dini müstəvidə yozaraq iyrənc siyasət yürüdür. İran tərəfi nə deyir? Nədən qaynaqlanır bu narahatçılıq? Guya  Fələstin müsəlman  ölkəsidir və İsrailin Fələstinə qarşı atdığı addımlar bir müsəlman  ölkəsinə qarşı atılan addımlar kimi narahat edir. Onda sual olunur? Bəs, o zaman Azərbaycan dini inanc baxımdan nə ölkəsidir? Azərbaycan  İrana daha çox yaxındır, yoxsa Fələstin?  İranda daha çox azərbaycanlı yaşaır, yoxsa fələstinli?  
Azərbaycanın Fələstinə münasibəti aydındır  və çox yüksək səviyyədə münasibətlər mövcuddur. İsrail-Azərbaycan münasibətləri Fələstinə heç bir xələl gətirmir. Ona görə də İranın belə bir iddiasının əsası yoxdur. İran çoxdan dini müstəvidə  təəssübkeşlik etmək barədə mənəvi haqqını itirib. Bu dəfələrlə deyilir.  Çünki İran dini dəyərlərimizin  tapdalanmasına hər zaman laqeyd yanaşıb.  Məscid İslamda Allaha ibadət emtək üçün müqəddəs yer hesab edilir. Amma necə olur ki, xristian ölkəsi olan Ermənistanın bir müsəlman ölkəsi Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, oradakı məscidləri məhv edib,  həmin məscidlərdə donuz saxlayıb, İran isə səsini çıxarmayıb, susub. Sanki bu susqunluğu ilə erməniləri məscdilərimi təhqir etməsinə razılığını bildiirb.  Bu azmış kimi xristian ölkəsi Ermənistanla sıx dostluq münasibətləri yaradıb, onlara üzləşdikləri çətin vəziyyətdən çıxmağa dəstək verib və bu gün də həmin dəstəyi davam etdirməkdədir. 

Azərbaycanın İsraillə diplomatik münasibətləri qurulduqdan sonra  nədənsə dini təəssübkeşlik yadına düşdü. Bəs, o zaman Azərbaycana qarşı edilən haqsızlıq zamanı harada idin?  Odur ki, bu gün İranın  nə mənəvi, nə də siyasi cəhətdən dini həmrəylikdən danışmağa haqqı yoxdur. Çünki iran 30 ildir islam dəyərlərini təhqir edən bir xristian ölkəsinə xidmət edib və etməkdədir!
Azərbaycan müstəqil dövlətdir və xarici siyasət yürütməkdə də müstəqildir. Kimsənin diqtəsi ilə siyasət yürütmür.

Biz bu 30 ildə İranı da , İsraili də gördük. Azərbaycan da bu münasibətlərə uyğun siyasətini həyata keçirir. İran öz siyasəti ilə özünü ifşa etmiş oldu”.

Deputat onu da bildirib ki, bu gün İranın Azərbaycanı düşmən obyekti seçməsinin hədəfi də bəllidir: “İran bu yolla daxilindəki sarsıntıları, çalxalanmaları xaricə püskürdüb, vəziyyətdən çıxmağa çalışır. Tehrandakılar yaxşı başa düşür ki, günün birində xalq ayağa qalxıb onları hakimiyyətdən silib-süpürüb atacaq. Buna görə də Azərbaycandan düşmən obrazı formalaşdırmağa çalışır. Amma Azərbaycan onlar üçün  ünvan ola bilməz. Çünki Azərbaycanla   diqtə dili ilə danışmaq olmaz. Azərbaycan özü bu gün diqtə edən dövlətlərdən biridir.  Bu gün Azərbaycanda xalq-dövlət, prezident-xalq birliyi  mövcuddur və güclü ordusu var. İranın bu hərəkətləri isə “çax-çax baş ağrıdar, dəyirman öz işindədir”  məsəlini xatırladır. Kimsə Azərbaycanı ali hədəfləri uğrunda mübarizədən yayındıra bilməz”.  

0.016221046447754