AMEA-nın Ümumi yığıncağı keçiriləcək - İsa Həbibbəylinin prezidentliyilə

AMEA-nın Ümumi yığıncağı keçiriləcək - İsa Həbibbəylinin prezidentliyilə
 

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək.

Paralel.az xəbər verir ki, bu barədə qurumun Rəyasət Heyətinin aprelin 6-da keçirilən iclasında qərar qəbul olunub.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, qurumun ulu öndərin 100 illik yubileyinə həsr edilmiş Ümumi yığıncağında Akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakı da nəzərdə tutulur.

0.020810127258301