"Özünüzlə yarışın, başqalarıyla deyil" - Muxtar Kərimzadə
Müəllim sinifdəki zəkalı, amma eynı zamanda çox qısqanç olan şagirdindən soruşdu:
“Nə üçün dostlarını sevmir, etdiklərinin əksinə çıxıb onlarla dalaşırsan?”
Şagird:
“Çünki, onların məni keçmələrini,məndən üstün olmalarını istəmirəm. Ən yaxşı mən olmalıyam!” dedi.
Müəllim masasından qalxıb, əlinə bir parça tabaşir götürdü və lövhəyə bir xətt çəkdi. Şagirdin üzünə baxıb, "Bu xətti necə qısaldarsan?", deyə soruşdu.
Şagird tez ayağa qalxıb, “Xəttin bir parçasını silərəm!”, dedi. Müəllim bu cavabı qəbul etmədi.
Şagird bir az daha düşündü və əliylə xəttin bir hissəsini örtdü. “İndi qısaldı!” dedi. Bu cavab da yanlış idi.
Doğru cavabı ala bilməyəcəyini bilən müəllim, lövhəyə əvvəlkindən daha uzun bir xətt çəkdi və “İndi birincisi necə görünür?” deyə soruşdu.
“Daha qısa”, dedi şagird və başını əydi.
“Biliyini və bacarıqlarını artıraraq öz xəttini uzatmağın rəqibinin xəttini bölməyə çalışmağından daha yaxşıdır” dedi müəllim.
Özünüzlə yarışın, başqalarıyla deyil.
Paralel.az