Türkiyəli həkim Canan Karatay yeməklərin düzgün bişirilməsi barədə xəbərdarlıq edib
Qidalanma ilə bağlı tövsiyələri ilə tanınan Prof. Dr. Canan Karatay yeməklərin hazırlanmasında yol verilən səhvərdən danışıb.
Onun sözlərinə görə, Türkiyə və Şərq mətbəxi Qərb ölkələrinin mətbəxindən daha sağlamdır. Çünki yeməklər qazanda bişirilməlidir. Amerikada və Qərb ölkələrində yeməkləri daha çox qızartma edir, tavada bişirirlər. Onların mətbəxində quru lobya, paxlalılar, zeytun yağında bişirlən yeməklər demək olar ki, yoxdur. Onlar yeməkləri düzgün bişirmirlər. Bu səbəbdən Türkiyə mətbəxi daha sağlamdır.
Daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay onu da əlavə edib ki, balıq sağlam qidaların ilk sırasında olsa da, necə bişirilməsi xüsusi önəm kəsb edir. Balığı unlayıb bişirmək yanlışdır. Bu halda kansoregen artacaq.
Qeyd edək ki, kanserogen insan və ya heyvanlarda xərçəngə səbəb ola bilən maddədir. Xərçəngi inkişaf etdirdiyi və ya ağırlaşdırdığı bilinir.
Canan Karatay şorbaların mədə və bağırsaqlar üçün vacib olduğunu da vurğulayıb.
O bildirib ki, şorbalar aşağı və ya orta odda bişirilməlidir ki, vitaminlər itməsin. Şorbaların hazırlanmasında blenderdən və ya yemək prosessorundan istifadə etmək düzgün deyil. Çünki bu şəkildə şorbada olan tərəvəz və ya ətin kimyası pozulur və qida dəyəri aşağı düşür. Bunun əvəzinə tərəvəzləri rəndələmək və ya doğramaq daha faydalıdır.
Şorba hazırlayarkən edilən ən böyük səhvlərdən biri soğanı qızaranadək qovurmaqdır. Bundan başqa, hazır ət və toyuq bulyonu istifadə etmək doğru deyil. Əvəzində əti qaynadıb təbii bulyon hazırlamaq doğrudur.