Stoltenberq Ukraynanın NATO-ya üzv olma perspektivindən danışdı

Stoltenberq Ukraynanın NATO-ya üzv olma perspektivindən danışdı
 

"Ukraynanın NATO-ya üzv olacağı dəfələrlə bəyan edilib".

Paralel.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın XİN rəhbərlərinin bu gün baş tutan iclasından sonra mətbuat konfransında deyib.

"NATO-nun üzvlüklə bağlı mövqeyi dəyişməzdir. Ukraynanın Alyansa üzv olacağı NATO sammitlərində dəfələrlə bəyan edilib. Eyni zamanda, hamımız başa düşürük ki, bu məsələdə hər hansı birmənalı irəliləyiş əldə etmək üçün ilk addım Ukraynanın suveren, müstəqil dövlət kimi qalibiyyətini təmin etməkdir. NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya indiyə qədər görünməmiş səviyyədə dəstək verməsinin səbəbi də budur. Biz bunu davam etdirəcəyik, biz ukraynalılarla daimi, sıx əlaqədəyik, həmçinin təlimlər veririk və müttəfiqlər bu gün Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini təmin etmək üçün Ukraynaya əlavə dəstək barədə bəyanat verdilər. Bu, gələcək üzvlüklə bağlı hər hansı mənalı müzakirə üçün ilkin şərtdir".(APA)

0.016014099121094