14 santimetr boyu uzansın deyə iki dəfə AYAQLARINI SINDIRTDI

14 santimetr boyu uzansın deyə iki dəfə AYAQLARINI SINDIRTDI
 

Alman model və realiti-şou ulduzu Tereziya Fişer ikinci ayağını uzatma əməliyyatı keçirib və bu əməliyyat zamanı həkimlər sümükləri sındırıblar.

Publika.az xəbər veirr ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilib ki, iki ağrılı əməliyyatdan sonra onun boyu 14 santimetr artıb.

30 yaşlı model bir neçə realiti-şou və 11-ci yeri tutduğu "Germans Next Topmodel" müsabiqəsi ilə ictimaiyyətə tanınır. 2019-cu il müsabiqəsində iştirak edərkən o, artıq bir ayağını uzatma əməliyyatı keçirərək boyunu 8,5 santimetr artırmışdı.

2022-ci ildə o, ikinci əməliyyat keçirdi və ilk dəfə nəticəni yalnız bir il sonra, prosedurdan sağaldıqda gördü. Bu dəfə o, boyunu daha 5,5 santimetr artıra bilib. Modelin boyu indi 184 santimetrdir. Ümumilikdə Fişer əməliyyatlara 108 min avro xərcləyib.

0.032696008682251