"Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Növbəti həftə (03-05.04.2023 və 07.04.2023 tarixləri) saat 11:00-dan 12:00-dək daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

"Paralel.az" xəbər verir ki, aksiya həftənin:

1-ci günü Xaçmaz rayonunda (Xudat şəhəri, Heydər Əliyev adına Mədəniyyət Sarayının qarşısı),

2-ci günü Siyəzən rayonunda (Mərkəzi Kitabxananın qarşısı),

3-cü günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı),

5-ci günü isə Quba rayonunda (Gənclər Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.017201900482178