Stoltenberq: Son qərarı Ankara verir

Stoltenberq: Son qərarı Ankara verir
 

NATO Türkiyədə may ayında keçiriləcək seçkilərdən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl İsveçin alyansa üzvlüyünün ratifikasiyasına nail olmağı planlaşdırır.

"Paralel.az" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib.

Bununla yanaşı, Stoltenberq son qərarı Ankaranın verdiyinə diqqət çəkib.
“Mən İsveç məsələsinin mümkün qədər tez ratifikasiya olunması üçün çalışacağam”, - deyə NATO-nun baş katibi sözlərini yekunlaşdırıb.

0.014105796813965