Nüşabənin “İnsanın bir sifəti olar” kəlməsinə Mənzurə “od püskürdü”

Nüşabənin “İnsanın bir sifəti olar” kəlməsinə Mənzurə “od püskürdü”
 

Müğənni Mənzurə Musayeva bir müddət əvvəl müğənni Nüşabə Musayevanın "Zaurla Günaydın" səhər şousunda onun haqda söylədiyi "Mən dünyanın ən kinsiz insanıyam. Amma ikili oyun oynamağı sevmirəm. İnsanın bir üzü, sifəti və sözü olar. İnsan kamera arxasında başqa, üzdə isə başqa olmaz" ittihamlarına cavab verib.

Paralel.az xəbər verir ki, qalmaqallı məsələyə sənətçi "Şou xəbər" verilişinə müsahibəsində aydınlıq gətirib.

Mənzurə açıqlamasında bildirib ki, Nüşabə onunla qalmaqal edib, gündəmə gəlmək istəyir:

"Bilirdim ki, bu insan özünü gündəmə gətirir. Ona görə də həmin verilişdə ona heç nə demədim. Hələlik ona bu qalmaqal lazımdır. Ona görə qoy etsin. Nə olar ki.. Onun barəsində artıq danışmaq istəmirəm".

0.016457796096802