Elm günü təltiflərini düşünərkən...

Elm günü təltiflərini düşünərkən...
 
Səadət Şıxıyeva:
Texniki və dəqiq elmlər sahəsi üzrə artıq AMEA-ya deyil, ETN-ə daxil olan alimlərin reytinq cədvəli təqdim olundu, akademik və müxbir üzvlərin beynəlxalq elektron elmi bazalarda istinad sayı açıqlandı. Amma humanitar və ictimai elmlər üzrə belə bir siyahını görmədik. Halbuki hazırkı AMEA-ya bu sahələr aiddir. Və ELM GÜNÜndə bəsit şəkilli diplomla deyil, fəxri fərmanla təltif olunanlar arasında 0 reytinqli, əslində tamamilə reytinqsiz və istinadsız, Azərbaycan elminə heç bir nüfuz gətirməyən, beynəlxalq elmi mühit üçün heç bir əhəmiyyət kəsb etməyənləri də gördük. Beləliklə, Elm Günü təltiflərini düşünərkən belə bir qənaətə gəldim ki, yenə dostluq, qohumluq və s. kimi elmə aidiyyəti olmayan meyarlar əsasında təltiflər olunub, yenə də beynəlxalq elektron bazalarda heç bir şəkildə təmsil olunmayanlar idarəçilikdə yer almağa, elmin "Fatihə"sini oxumağa davam edəcəklər.
 
Yenə də bir qrup min bir zillətlə elmi fəaliyyətini davam etdirən bir neçə fədakarı da beləcə küsdürmək, haqqını tapdalayıb uzaqlaşdırmaqla elmi mühitin xarabalıqları üzərində öz rifah hallarını yüksəltməyə davam edəcəklər... Bu şəkildə islahat və inkişaf olmur, cənablar və xanımlar... Elmə faydalılıq "saat yığımı" ilə deyil, elmi məhsuldarlıq, beynəlxalq elmi mühitə çıxış və ciddi elmi düşüncələrlə təmsil səviyyəsi ilə ölçülməlidir.
 
Paralel.az
 
0.012224912643433