1918-ci il soyqırımlarını lentə alan belaruslu fotoqrafı ölkəyə kim dəvət etmişdi? – NADİR FOTOLAR

1918-ci il soyqırımlarını lentə alan belaruslu fotoqrafı ölkəyə kim dəvət etmişdi? – NADİR FOTOLAR
 

1918-ci ildə erməni terrorçularının Bakıda və Şamaxıda azərbaycanlılara qarşı törətdiyi soyqırımından əlimizdə olan nadir fotoların müəllifi o zaman Belarusdan dəvət olunmuş fotoqraf Lev Daskeviçdir.

Bu məlumatı Bizim.Media-ya Quba Soyqırımı Memorial Kompleksinin mətbuat katibi Abutalıb Turabov verib.

Onun sözlərinə görə, Lev Daşkeviç həmin dövrdə Bakıya Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən dəvət olunub. O, komissiyanın tərkibində fotoqraf-ekspert kimi fəaliyyət göstərib.

Belaruslu fotoqraf 1918-ci ildə Bakıda və Şamaxıda baş verən vəhşilikləri lentə alıb.

Abutalıb Turabovun sözlərinə görə Lev Daşkeviç Şamaxıda və ətraf kəndlərdə çəkdiyi 62 foto günümüzə gəlib çatıb. Fotoların 45-i Şamaxı şəhərində, 17-si isə Şamaxının Ağsu, Əngəxaran, Boyat, Mərxəndiyə, Çarhan, Təklə-bəy və Çuxanlı kəndlərində çəkilib.

Bütün fotolarda erməni cəlladlarının vəşhilikləri, dinc insanlara necə divan tutmaları aydın görünür.

Çox təəssüf ki, tarixi mənbələrdə Belarusdan gəlib Azərbaycanda erməni vandallığını lentin yaddaşına köçürən Lev Daşkeviçin sonrakı taleyindən məlumat yoxdur. 

Belaruslu fotoqraf Lev Daşkeviçin Quba Soyqırımı Memorial Kompleksinin fondunda saxlanılan tarixi fotolarını özəl olaraq təqdim edirik. Bizim.Media

0.054291963577271