Ekspertlər Putini yenə xəbərdar etdilər -Dadaş Əhmədli

Ekspertlər Putini yenə xəbərdar etdilər -Dadaş Əhmədli
 

Ekspertlər Putini yenə xəbərdar etdilər

Görünən odur ki, Rusiya prezidenti Vladimir Putin hələ Beynəlxalq Cinayət Məhkəməsinə verilməsə də, açıq şəkildə hansısa prosesə hazırlaşır. Dünən prezident iki xəbərdən sözün əsl mənasında dəli olub. Birincisi, ötən ilin birinci yarısında Putinə Bryansk, Kursk və Belqorod vilayətlərinin bəzi ərazilərinə nəzarətin müvəqqəti itirilməsi ilə bağlı xəbərdarlıq edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspertləri indi onu yeni bir proqnozla “sevindiriblər”. (Si Cinpinin Rusiyaya səfərindən sonra vəziyyətin qiymətləndirilməsi dəyişib və ekspertlər prezidenti onunla tanış etməyə tələsiblər).

Onların hesablamalarına görə, mövcud tendensiyalar davam edərsə, Rusiya gələn ilin mart ayına qədər Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindəki “yeni ərazilər”lə yanaşı, Krım üzərində də nəzarəti itirəcək. Hesabat müəlliflərinin fikrincə, əgər bu, prezident seçkiləri ərəfəsində baş verərsə, Rusiya nəticəsini proqnozlaşdırmaq çətin olan siyasi turbulentlik dövrü ilə üzləşəcək. Mütəxəssislər yeni ərazilərin bir hissəsini “güzəştə getməyi” və diqqətini LXR və DXR-in 23 fevral 2022-ci il tarixinədək sərhədlər daxilində və Krımda saxlamağa cəmləməyi məsləhət görürlər. Eyni zamanda, bu “xoş niyyət jesti” Qərbə Ukraynanı danışıqlar masasına dəvət etmək barədə siqnal olmalıdır. Hesabat müəllifləri belə bir qərarın maksimum on gün ərzində qəbul edilməsini TÖVSİYƏ EDİRLƏR, əks halda “fəlakətdən” qaçmaq çox problemli olacaq.

Hesabatı oxuyandan bir saat sonra Putin hərbi blokun rəhbərliyi ilə videokonfrans çağırmağı əmr edib. Hərbçilərin hesabatını dinlədikdən sonra Putin qısa müddət ərzində ədəbsiz sözlər işlədərək Təhlükəsizlik Şurasındakı ekspertlərin hesabatının məzmununu açıqlayıb və iclas iştirakçılarını bu məsələyə münasibət bildirməyə dəvət edbi. Hərbi blokun əsas liderlərindən birinin "hətta belə vəziyyətdə belə biz beş-yeddi il ərzində Krımı qaytara biləcəyik" sözləri prezidentin hiddətinə səbəb olub. Bu sözlərdən sonra prezident müşavirə iştirakçılarına yönəlik əsəbi çıxış edib. Əslində, ittihamlarla dolu emosional və ədəbsiz formada bir neçə dəqiqə həmsöhbətlərini hədələyərək iclası bağlayıb. Rusiya prezidentinin iddialı və inadkar olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, o, öz mövqeyində möhkəm dayanacaq və qətiyyətlə ölkəni viranəliyə, xaosa aparacaq, eyni zamanda müharibədə daha yüz minlərlə, bəlkə də milyonlarla insanı məhv edəcək.

"Paralel.az"

0.055054903030396