Bizim "Formula 1" "sevgimiz"...

Bizim
 

"Qaranlıq" ölkələrin "qara" qazancı 

2016- ildən bəri paytaxt sakinlərinin hər il 2-3 ay canını boğazına yığan "Formula 1" yarışlarının vaxta qədər Azərbaycanda davam edəcəyi hamı - ən azı Bakı şəhərinin Səbail rayon sakinləri üçün çox maraqlıdır. Çünki "Formula 1" həlqəsi şəhərin düz mərkəzi küçələrinin altı kilometrlik ərazisini əhatə edir. Bu isə hər il azı iki ay sakinlərin hərəkətinə çox ciddi maneələr törədir.

Əvvəla onu qeyd edim ki, Beynəlxalq Nəqliyyat Federasiyasının, Formula Bir Dünya Çempionatının (Formula One World Championship) qaydalarında hansısa bir ölkənin "Formula 1" yarışlarını keçirməyə məcbur edilməsinə dair heç bir maddə yoxdur. Bu könüllü missiyalardan sayılır. Lakin hər hansı bir ölkə "Formula 1" yarışlarını təşkil etmək istəyi ilə Formula Bir Dünya Çempionatına mürciət edirsə, həmin ölkə beş il dalbadal həmin yarışların ən azı ildə bir Qrant Piri-sinin təşkilinə şərait yaratmalıdır. Bu yerdə arayış üçün qeyd edək ki, Azərbaycan artıq altıncı ildir ki, bu yarışlari təşkil edir. Elə ölkələr olub ki, bu yarışı bir il keçirdikdən sonra ondan məhkəmə yolu ilə imtina edib.

Yəni ölkə hökumətinin yarış keçirmək, bu yarışlara maliyyə qoymaq öhtəliyi yoxdur. Hökunət üzərinə yalnız müəyyən icazələri vermək, yarışın keçirilməsi üçun yer ayırmaq s. bu kimi hüquqi ödəliklər götürür.

Qaydalara görə yarışın maliyyələşdirilməsi keçrilməsi özəl şirkətlərin üzərinə düşməlidir. Bunun üçün hökumət üzərinə götürdüyü öhtəliyə əsasən, tenderlər vasitəsi ilə yarışların maliyyələşdirilməsi keçrilməsi işini icra edəcək şirkətləri seçməlidir.

Bu yarışların azarkeşləri əsasən Avropanın ABŞ-ın elitar təbəqəsi olur. Ona görə yarış biletlərinin qiymətlərində məhdudiyyət yoxdur. Elə yarışlar olub ki, biletlərin qiyməti bir neçə min dollara qədər bahlaşıb. Maraqlı məqam budur ki, biletlərin bahalığı heç vaxt yarış azarkeşlərinin sayını azaldan amillər sırasında olmayıb.

Qeyd etdiyimiz kimi, kontingent elita olduğundan qiymətlər kəmiyyətin azalmasına səbəb olmur. Bununla yanaşı, azarkeşlərin elitar turizm xərcləri olur.

Məsələn, bu yarışların azarkesləri heç vaxt 100-200 dollarlıq otel otaqlarında qalmır. Onların otel otaqlarınin qiyməti min dollardan başlayır. Yəni özəl sektorun bu yarışlardan kifayət qədər qazanmaq imkanları var. Ona görə bəzi dövkətlər öz şirkətlərini tanıtmaq daha çox qazanc əldə etməsi məqsədi ilə bu yarışların keçrilməsinə maraq göstərir.

Bəs Azərbaycan bu yarışları hansı münasıbət maraqla keçirir?

Əvvəla qeyd edək ki, yuxarıdakı qaydalara insan haqlarına qanunun aliliyini hörmət edən, sivil qaydaların otruşduğu demokratik ölkələr əməl edir. Digərləri isə bu qaydalara əməl edib-etməməyi öz "daxili işi" hesab edir. Formula 1-in yaradıcıları, dünya "demokratiyasının beşiyi" sayılan ölkələr isə bunu təbii qəbul edir. Onlar Bakının mərkəzini iflic edib, vətəndasların hərəkət hüququnun iki ay məhdudlaşdırılmasına razı olsalar da, nədənsə Özbəkistanda pambığın becərilməsi toplanışında "uşaq əməyindən istifadəyə görə" ölkədən Avropaya pambıq ixracına embarqo (qadağa) qoymuşdular.

Yazıya başlayanda bu yaxınlarda «Formulayarışlrı keçirilən ölkələrin sırasina nəzər saldım. Gözümə dəyən Bəhreynin, Səudiyyə Ərəbistanı Avstraliya oldu. 30 apreldə isə bu «Qrant Piri» Azərbaycanda keçriləcək. Bu ardıcıllıq dünyadan xəbəri olan hər kəsə çox şey anladır.

İndi isə keçək yuxarıda qoyduğumuz sualın cavabına.

Birincisi, Azərbaycan "dünya demokratiya klubu"nun yanında məlum səbəblərdən gözükölgəli olduğu üçün, yumşaq desək, onların nazı ilə oynamaq məcburiyyətində qalır. Ona görə onların demokratiya insan haqlarına dair tələblərindən başqa bütün xahişlərini can-başla yerinə yetirir. «Formula »i bu qəbildən olan xahişlər sırasına aid etmək olar.

Digər tərəfdən, hökumət həm fürsətdən istifadə edərək, yarışdan özünəməxsus şəkildə faydalanmaq qərarına gəlib. Yarışlari yüksək səviyyədə keçirmək bəhanəsi altında bütün xərclərin 80-90 faizini hökumət öz üzərinə götürür. Qalan 10-20 faiz xərc isə bilet satışından əldə edilən vəsait hesabına qarşılanır. Hökumət öz "levıy" gəlirlərinə rəğmən, yarışın azarkeşleri olan anqlosaksonlara bilet qiymətlərində güzəstlər edir. Hansı ki, bu güzəştlər milyonçu azarkeşlər üçün əhəmiyyət kəsb etmir. Yarış xərc hər il 60-80 milyon dollar təşkil edir. Halbuki, qaydalara görə bu xərcləri yarışdan bəhrələnən özəl şirkətlər çəkməlidir.

Hökumətin bu xərcləri öz üzərinə götürməsinin yeganə məqsədi isə korrupsiya yolu ilə büdcədən pul silməkdir. Amma bu işdə hökumət yalnız korrupsiyadan qazanmır. Yarışın azarkeşləri olan bahalı turistlərin əksər xərcləmələrindən xeyir götürənlər məmurlara məxsus olan oliqarx şirkətlərdir. Əslində bu şirkətlər normalda xərc qoyub mənfəət əldə etməli idi. Amma Azərbaycan hökumətinin səxavəti sayəsində heç bir xərc çəkmədən gəlir götürürlər ki, onun da əsas hissəsi həmin şirkətlərin mənfəətidir.

Məhz bu səbəbdən hökumət vətəndaşların doğal hüquqlarını puzaraq, onun tapdalamaq hesabına pul qazanır.

2016-ci ildə, "Formula 1" yarışları Bakıda ilk dəfə keçrilən zaman dövlət büdcəsinin bu yarısa çəkdiyi xərc 300 milyon dolları keçdi. Bu qədər vəsaitlə bakıda 10-15 hündur mərtəbəli bina tikib, bir neçə min ailəni mənzilə olan tələbatıni qarşılamaq olardı. Lakin hökumət bu vəsaitin 15-20 faizini yarışlara xərcləyir, qalan hissəsini  isə məmurlar müxtəlif yollarla mənimsəyir. Ona görə qədər ki, bu rejim ayaqdadır, hər il Bakıda "Formula 1" keçriləcək.

0.018696069717407