Allaha məktub - Güllələnirik...

Allaha məktub - Güllələnirik...
 

Elxas Comərd:

 Gəray bəyin qızı Humayı sevən, Şəkər bəyin oğlu Cəlal kimi, bizi, Kələntərlər güllələyir...
Qurban olduğum Qibleyi Aləm.

İnanın ki, ötən dəfə, cəsarət edib Sizə yazdığım məktubdan sonra, o qədər rahatlandım, o qədər arxayınlaşdım, o qədər ümüdləndim ki...
Bilirəm ey, hər şeydən xəbəriniz var. Bu qisməti, bəxti də bizə yazdıran sənsən. Amma, yenə ehtiyac duydum Sizə yazmağa...

Onsuzda, burada, bizim hakimiyyətdə, yazdıqlarımıza ya cavab vermirlər, yada, sağ qulağların, sol əlləriylə, yoğun boynunlarının arxasından keçirərək göstərib cavab verirlər. Sonrada qalırıq fikirləşə, fikirləşə ki, indi bunlar, bu işarətlə nə demək istəyirlər?

Ya, boynunun ardın, qulaqının dibin görərsən , haqqını, hüququnu görsən, yada, gördüyüm düzü, mənə dolayısı ilə, müşkülə çevirərək düzü göstərirlər. Qalırıq mat - mətəl...

Ona görə, başa düşürük ki, bunlara müraciət daha əbəsdi...
Sizin ədalətiniz o qədər böyükdür ki, ona güvənirəm...
Heç vaxt, haqqı, nahaqqın ayağına verməmisən.
Bizlər isə, yaltaqlığmızla, işmizin düzəlməsi üçün haqqı nahaqqın ayağına sürüyüb, hələ tapdatdırıb, tüpürtdürmüşük, sonrada günahı sizdə görmüşük, Allahım...

Əgər, baxışlanmalıyıqsa bizi baxışla...
Baxışlanmalı deyiliksə, bizə heç olmasa cəsarət ver...
Nə isə, bundan sonra sizə yazacağım məktublarda bu barədə danışacam. İndi isə, bu məktubu yazmağıma səbəb olan, başlığa çıxardığım məsələ barədə Sizə ərz etmək istəyirəm...

O, yarımbaşlığa çıxardığım cümlə var ha..., Sizin rəhmətiniz üzərlərində olsun, "Komsomol" poemasın yazıb, onun əsasında, millətin qızıl fonduna çevrilən, " Yeddi oğul" filmini bizə çəkib çatdıranların... 

Bu millətin günü, Gəray bəyin qapısında çullanan, artığdan yeyib özün bəy-xan qarşısına çıxmaq cəsarətində görən Kələntərin, Cəlal bəyi güllələməsi səhnəsi, elə bil ki, bizim millətin simasına obrazlaşdırılıb. Bizi, bir - bir, əziyyət verərək güllələyirlər. Elə vəziyyətə gətirib çıxarıblar ki, az qalmışıq yalvaraq, - "Kələntər dayı, ürəyimi nişan al, incidir axı". Sərhəddə, cəhbə bölgəsində, dolanışığmız dərdindən 300 - 500 manat əməkhaqqının müqabilində tapıb işlədiyimiz, həyatımızın hər an təhlükə qarşısında qoyaraq çalışdığmız iş yerlərimizdə, yada, minaya düşərək, hansısa harının, harınlığının qurbanına çevrilırək idarəetdiyi milyonluq maşını altında qalaraq öldürülürük. Hökumətimizdə bizim üzərimizdə olmazın əməliyyatın aparır. Eynən Kələntər kimi, "Hamam, hamam içində. Dəvə dəlləkliy eylər, Köhnə hamam içində" - oxuyub, fiziki qüsurlu əlillərmizin, iynə-dərmanla yaşayan xəstələrin, əllərindən əsasını, eynəyini, iynə - dərmanını alıb, atıb kənara, güllələnmiş, Şəkər bəyin oğlu Cəlal kimi, - " Ürəyimi nişan al, Kələntər dayı, incidir axı" - deditdirərək zülüm edirlər. Bir yandan da, qeydiyyatdan çıxardıb, öz vətənimizdə hüquqsuz vətandaşa çevirirlər...

Ey gözəl Allahım, içimdə ağrılarla Sizin ədalətnizə sığınıb, - " Ürəyimizi nişan al ,... incidir axı"- deyib, imdad dilətdirirlər...
Şəkər bəyin oğlu Cəlal kimi "zarıyan" yazıq bəndən,
Paralel.az

0.025623083114624