Vasif Məhərrəmli qoymadı ki, ona zərbələr endirim - Cavanşir Məmmədov

Vasif Məhərrəmli qoymadı ki, ona zərbələr endirim - Cavanşir Məmmədov
 

Şou-biznesin zərbələrdən qoruyan "bufer"i Vasif Məhərrəmlidir.

Paralel.az xəbər verir ki, bunu müğənni Cavanşir Məmmədov qatıldığı televiziya proqramlarından birində deyib.

"Bir-iki dənə insident zamanı Vasif Məhərrəmli mənim yanımda olub, o qoymayıb ki, həmin adama mən tərəfdən zərbələr dəysin. Vasif olmasaydı, ola bilsin, həmin şəxsdə yaranın fəsadları qalardır", - deyən sənətçi bildirib.

O həmçinin özünü şou-biznesin sükanına, güzgüsünü isə müğənni Elza Seyidcahana bənzədib.

"Cavanaların çoxunu başlı-başına buraxmaq olmaz. İlhamə (Quliyeva) xanımdan sonra çox boşluq yaranıb".

Paralel.az

0.016775131225586