Sel fəlakətindən sonra bu ölkədə rəsmi tətil elan edildi

Sel fəlakətindən sonra bu ölkədə rəsmi tətil elan edildi
 

İraqda yağan güclü yağış ölkə daxilində sel və daşqınlara səbəb olub.

Paralel.az “İHA” qəzetinə istinadla xəbər verir ki, bəzi şəhərlərdə yağan güclü yağış nəticəsində kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

İraq Fermerlər Birliyindən verilən məlumata görə ölkənin cənubunda yağan dolu 30 sotdan çox kənd təsərrüfatı sahəsinə ziyan vurub. Zərərin təxminən 1,5 milyon dollar olduğu bildirilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Ənbar, Zikar və Divaniyyə əyalətlərində rəsmi tətil elan edilib.

Günay

0.038094043731689