“Amor mio” tənqidlərinə cavab

“Amor mio” tənqidlərinə cavab
 

Bir neçə gündür Musa Musayevin “Fəlidən doğru xəbər” proqramında səsləndirdiyi “Amor mio” ifası müzakirə olunur.

OLAY yazır ki, sənətçi mahnı sözlərini düzgün oxumadığı üçün tənqid edilib. Bu barədə TikTok platformasında və başqa sosial şəbəkələrdə paylaşımlar yer alıb.

Təranə Qumral isə tənqidlərə cavab verərək bu sözləri yazıb:

“Bizim ücün “vız” gələr sənin dediklərin. İt hürər, karvan keçər. Bəziləri özünü çox ağıllı göstərməyə çalışır, amma geri dön evinə bir nəzər sal”.

Qeyd edək ki, digər adıyla “No velvere” adlanan mahnı “Gipsy Kings” tərəfindən 1991-ci ildə səsləndirilib. Azərbaycanda isə mahnını Xalq artisti Niyaməddin Musayev və Çingiz Mustafayevin keçmiş “Palmas” qrupu ifa edib.

0.037494897842407