Şotlandiya hökumətinin yeni rəhbəri ilk dəfə müsəlman seçilib

Şotlandiya hökumətinin yeni rəhbəri ilk dəfə müsəlman seçilib
 

Şotlandiyanın hakim partiyasının - SNP-nin yeni lideri seçilib.

Paralel.az xəbər verir ki, SNP-nin sədri və Şotlandiyanın Birinci naziri Nikola Störcen istefa verdikdən sonra bu posta 37 yaşlı Hamza Yusif seçilib.

O, partiya daxilində liderlik yarışında rəqibləri Keyt Forbes və Əş Reqanı məğlub edib.

Hamza Yusif səsvermənin sonuncu mərhələsində 52 faiz səs toplayaraq partiyanın yeni sədri seçilib.

Martın 28-də isə SNP-nin yeni lideri Şotlandiyanın Birinci naziri olmamışdan əvvəl Şotlandiya Parlamentində səsvermə ilə üzləşəcək. Onun bu seçkidə faktiki olaraq qalib gələcəyi gözlənilir.

37 yaşlı Hamza Yusif hazırda Şotlandiyanın səhiyyə katibidir və Böyük Britaniyada böyük partiyaya rəhbərlik edən ilk müsəlmandır.

0.017550945281982