İsrailin baş naziri geri çəkildi: islahatlar dayanır

İsrailin baş naziri geri çəkildi: islahatlar dayanır
 

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi hazırkı hökumət parlament koalisiyasının rəhbərinə məhkəmə islahatlarının gedişatının dayandırıldığını elan etmək niyyətində olduğunu bildirib. 

Paralel.az ” xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Bildirilir ki, baş nazir Netanyahu belə bir bəyanatla Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra çıxış edib.

Daha əvvəl radiostansiyanın məlumatına görə, maliyyə naziri və hökumət koalisiyasına daxil olan Dini Sionizm partiyasının lideri Bezalel Smotriç məhkəmə islahatlarının həyata keçirilməsinin müvəqqəti dayandırılmasına etirazını davam etdirməyəcəyini bildirib. 

Bununla belə, Milli Təhlükəsizlik Naziri və Yəhudi Gücü partiyasının lideri İtamar Ben-Qvir bazar ertəsi günü məhkəmə sistemində islahatlara fasilə veriləcəyi təqdirdə koalisiyanın dağılacağı ilə hədələyib.

Baş nazirin rəsmi açıqlaması yerli vaxtla saat 11:00-a təyin edilmişdi, bu isə hələ də gecikir.

Mürtəza
Paralel.az

0.045527935028076