Fatimə qəza keçirən köməkçisinin yeni görüntüsünü paylaşdı - FOTO

Fatimə qəza keçirən köməkçisinin yeni görüntüsünü paylaşdı - FOTO
 

Rəqqasə Fatimə Fətəliyevanın qəza keçirən köməkçisi Aytac Bayramzadənin səhhəti yaxşılaşıb. 

Paralel.az xəbər verir ki, artıq o xəstəxanadan evə buraxılıb. Bu barədə Fatimə özü bildirib. O, sosial şəbəkə hesabında Aytacla yeni fotosunu paylaşaraq onun səhhətinin yaxşı olduğunu deyib:

"Şükür Allaha... Allah dualarımızı qəbul etdi. Əfsanə qayıtdı".

Xatırladaq ki, Aytac Bayramzadə martın 16-da Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

1991-ci il təvəllüdlü Bayramzadə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə Azadlıq prospektində qeydə alınıb.

0.015609979629517