"Əyər Ərdoğan seçilməzsə..." - Siyasi şərhçi

 

Əyər Ərdoğan seçilməzsə, ABŞ və Qərbin, hətta Rusiyanın, Türkiyəyə qarşı siyasi basqıları daha da aktivləşəcək. Çünki, yeni seçilmiş hökumətə və prezidentə qarşı təsir edici siyasi planları mütləq ki olacaqdır. Bu təzyiqlər Türkiyənin daxili siyasəti ilə paralel olaraq, xarici siyasətinə də öz təsirini göstərəcəkdir. Ərdoğan seçilməzsə, Türkiyənin son illər ərzində əldə etdiyi nüfuzu və gücü dünyanın amansız siyasi dairələrində necə qarşılanacaqdır sualı ortaya çıxır və Ərdoğan seçilməzsə, Turkiyənin yürütdüyü geopolitik maraqlar çərçivəsində dövlət siyasətinin istiqaməti yonündə nələr baş verəcəkdir? Ölkənin mükəmməl xarici siyasət bazası qurulub və əldə etdiyi uğurlar var.

Yəni yeni mövcud hökumət, duruma sahiblənərək onu davam etdirə biləcəkmi, sualları var. Türkiyədə yeni hakimiyyət qurulduğu təqdirdə, sözsüz ki, ölkənin siyasətində dəyişikliklər baş verəcəkdir. Amma, bu dəyişikliklər Azərbaycana nələri vəd edir? Bunlar Orta Şərqdə və Cənubi Qafqazda daha çox özünü göstərə bilər. Sözsüz ki, bu dəyişikliklər bizim xeyrimizəmi daha çox olacaq, yoxsa ziyanımıza ola bilər? Çünki Orta Şərqdə, istərsə də Cənubi Qafqazda olsun problemlər qalmaqdadır və siyasi baxımdan daşlar tam olaraq yerinə oturmayıb.

Bununla bağlı ən çox Azərbaycanın başı bəla çəkəcək kimi görünmürmü? Mənfur qonşularımız Ermənistan və İran daim ölkəmizi hərbi təxribatlara çəkir. Məhz bu baxımdan Türkiyədə siyasi hakimiyyətə gəlmək istəyənlərə diqqət yetirsək, görərik ki, fərqli olaraq, bizi 30-ildir işğalçı Ermənistana qarşı təslimçiliyə sürükləyən Qərbin yanında daha çox yer alırlar. Bu da o anlama gəlir ki, onların sifarişlərini və istəklərini daha çox həyata keçirməyə çalışacaqlar kimi görünürlər və bu siyasi qüvvələr arasında elələri vardır ki, artıq bizə qarşı Türkiyənin əvvəlki mövqeyini nümayiş etdirməyəcəkləri ehtimalını artırır.

Bu siyasətin açıq şəkildə Azərbaycanın milli maraqlarına uyğun olmadığı görünməkdədir. Ərdoğanın seçilməsi, bizə Azərbaycan olaraq daha məqbul hesab olunur.Çünki, tamamlanmayan Qarabağ məsələsində Ərdoğan hakimiyyətinin yürütdüyü siyasət daha çox faydalıdır və lazımdır.

"Paralel.az"

0.01819896697998