Saakaşviliyə mükafat verildi - Saakaşvili öz yayıb

Saakaşviliyə mükafat verildi - Saakaşvili öz yayıb
 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Sjur Lindebrekke mükafatına layiq görülüb.

Paralel.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb.

“İnsan hüquqları və demokratiya uğrunda mübarizədə insan haqları və demokratiyanın ən yüksək səviyyəsinə malik ölkədən mükafat almaqdan şərəf duyuram”, - Saakaşvili bildirib.

Osloda keçirilən mükafatlandırma mərasimində keçmiş prezidentin anası Giuli Alasaniya və oğlu Nikoloz Saakaşvili iştirak edib.

0.013641119003296