"Aztelekom"un OPTİK İNTERNET "OYUNU"... - Bilal Alarlı yazır

 

AZTELEKOMUN OPTİK İNTERNET OYUNU,  o da əlçatan deyil!

1976-cı ildən evimə telefon xətti çəkdirmək istəyirəm, hər il ərizə yazandan sonra mənə məlumat verirlər ki, sizə telefon xətti çəkməyə imkan yoxdur. Optik internet söhbəti meydana çıxanda gedib "Aztelekom"un rayon şöbəsinə müraciət etdim, bildirdilər ki, mənim yaşadığım Alar kəndinə 2026-cı ildə xətt çəkiləcək.

Demək, Tanrı ömür versə, evimdə telefon xətti görmək arzum 50 (ƏLLİ) ildən sonra gerçəkləşəcək. Deyirəm, bəlkə optik interneti qəbrimə çəkməyi sifariş verim, daha bu dünyada bu arzuma çatmadım, heç olmasa, o dünyadan "Aztelekom"la internet əlaqəsi saxlaram da!

Amma "Aztelekom"un optik internet çəkdirməklə bağlı reklamını və ona yazılmış qəzəbli rəyləri oxuyandan sonra bu fikrimdən də vaz keçdim. Rəylərdə Şəkidən Bakıyacan, Xaçmazdan Lənkəranacan hamı şikayətlənir ki, optik internetə pul ödəyirlər, amma normal internet görmürlər.

"Paralel.az"

0.015631914138794