Braziliya Prezidentinin Çin səfəri təxirə düşdü - SƏBƏB

Braziliya Prezidentinin Çin səfəri təxirə düşdü - SƏBƏB
 

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva səhhətindəki problemə görə Çinə səfərini təxirə salıb.

"Paralel.az" xəbər verir ki, bu barədə Braziliya Prezidentinin mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, 27-31 mart tarixlərində Çinə planlaşdırılan səfər tibbi səbəblərə görə təxirə salınıb.

Mətbuat katibi kliniki müayinədən sonra Prezident Lulaya A qripinin törətdiyi bakterial və viral bronxopnevmoniya diaqnozu qoyulduğunu və müalicəyə başlanıldığı bildirib.

"Klinik yaxşılaşmaya baxmayaraq, Respublika Rəyasət Heyətinin tibbi xidməti virusun ötürülmə dövrü bitənə qədər Çinə səfəri təxirə salmağı tövsiyə edir", mətbuat katibi deyib.

0.0173020362854