Türkiyə XİN Qurani-Kərimin yandırılmasını pisləyib

Türkiyə XİN Qurani-Kərimin yandırılmasını pisləyib
 

Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimin yandırılmasını pisləyib.

"Paralel.az" “report”a istinadən xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

“Danimarkada müqəddəs kitabımız Qurani-Kərimin və şanlı bayrağımızın təhqir edilməsini ən sərt şəkildə lənətləyirik”, - XİN-dən qeyd olunub.
Xatırladaq ki, martın 20-də danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənliyi ilə tanınan Rasmus Pauldan Kopenhagendəki Türkiyə səfirliyinin önündə Quranı yandırıb.

0.018108129501343