Eyni küçənin malikanələrini birləşdirən qanunsuz əməl - VİDEO
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki malikanə tipli fərdi yaşayış evləri kənardan insanın zövqünü oxşayır. Əgər Yunis Əsgərli, Zöhrə Əliyeva və Svetlana Axundova kimi abonentlərin timsalında fərdi yaşayış evlərinin sayğacına edilən qanunsuz müdaxilələr olmasa. Müdaxilələrin nədən ibarət olduğunu isə işini zövqlə görən SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun əməkdaşlarının dilindən eşidək.
Kənar müdaxiləyə məruz qalan hər 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirildi. Abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirildi və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olundu.
Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun çərçivəsində tədbirlər görüləcək.
Daha ətraflı video materialda: