Salome Zurabişvilidən ŞOK AÇIQLAMALAR

Salome Zurabişvilidən ŞOK AÇIQLAMALAR
 

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün ilk dəfə olaraq ictimaiyyətə açıqlamasında etiraf edib ki, milyarder və “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili siyasətdən rəsmən çəkilməsinə baxmayaraq, hələ də ölkədəki vəziyyətə təsir edə bilər.

“Paralel.az ” xəbər verir ki, o bunu “Prveli” telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, əvvəllər Zurabişvili bu suala cavab verməkdən hər zaman yayınıb.

“İvanişvilinin hökuməti rəsmən tərk etməsindən sonra onun statusu bu gün çox qeyri-müəyyəndir. Sual ondan ibarətdir ki, əsas qərarların harada qəbul edildiyi kənardan səslənir. Hesab edirəm ki, bu hiss, yaxud sual həm də cəmiyyətin daxilindədir”, - Zurabişvili telekanala müsahibəsində deyib.

Onun sözlərinə görə, nə zaman belə suallar yaranırsa, bu, özlüyündə siyasi sistem üçün pisdir.

“Çünki əhali bilməlidir ki, “məsuliyyət mərkəzi haradadır, sabah qərarlara və ritorikaya görə kim cavabdeh olacaq”, - o qeyd edib.

Zurabişvili bildirib ki, İvanişvili ilə görüşməyə cəhd edib və belə bir görüşü “Gürcüstan siyasətinə daha çox aydınlıq gətirməsi” üçün istəyir. 

Aparıcının Bidzina İvanişvilinin oliqarx olub-olmaması ilə bağlı sualına prezident sözbəsöz cavab verib:

“Yəqin ki, bəli... O mənada ki onun pulu, media təsiri və siyasi təsiri var. Amma oliqarxiyanın problemi İvanişvilinin problemindən daha böyükdür. Və İvanişvilinin problemi oliqarxiyadan daha böyükdür. ...Bu siyasi sistemin qeyri-şəffaflığıdır. Biz vacib qərarların harada qəbul edildiyini, bu qərarların necə dəyişdirilə və ya təsir oluna biləcəyini anlamalı və bilməliyik”.

0.026494979858398