"Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
"Paralel.az" xəbər verir ki, növbəti həftə (27-28.03.2023 və 30-31.03.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin
1-ci günü saat 11:00-dan 12:00-dək #Oğuz rayonunda (Zərifə Əliyeva Parkı),
2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı),
4-cü günü saat 11:00-dan 12:00-dək #Qax rayonunda (Heydər Əliyev Parkı),
5-ci günü saat 11:00-dan 12:00-dək isə Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.