Göygöldə bıçaqlanma hadisəsi: 55 yaşlı kişi...

Göygöldə bıçaqlanma hadisəsi: 55 yaşlı kişi...
 

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

"Paralel.az" "APA"-ya istinadla xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Səftar Məmmədov döş qəsəfinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

55 yaşlı kişi dərhal əməliyyat edilib, vəzyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

0.083643913269043