Ərbakanın oğlu namizədliyini geri götürdü - Ərdoğanın xeyrinə

Ərbakanın oğlu namizədliyini geri götürdü - Ərdoğanın xeyrinə
 

Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan mayın 14-ü keçiriləcək Prezident seçkilərinə namizədliyini geri götürüb.

“Paralel.az” Türkiyə mediasına istinadla xəbər verir ki, Ərbakan bu məsələdə Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsən görüşüb razılığa gəldiyini bildirib.

Ərbakan qeyd edib ki, partiyası “Cümhur İttifaqı”na qoşulur və partiyanın üzvləri seçkilərdə blokun vahid namizədi Ərdoğana səs verəcək.

Qeyd edək ki, F.Ərbakan Türkiyənin keçmiş Baş naziri Nəcməddin Ərbakanın oğludur. 

 

0.013517141342163